Bu xəstələrə banka qoymaq olmaz – Ağırlaşma ola bilər

Rusiyanın tibb ekspertləri tibbi bankalarla müalicənin hansı xəstəliklərdə tətbiq olunması, əksinə hansı xəstələrdə fəsad verəcəyi barədə açıqlama verib.

Onlar bildirib ki, qədim Çin və Şərqdə tətbiq edilən bu metod yalnız düzgün istifadə edildikdə effekt verir.

Banka metodu ağciyərlərin artıq sağalmağa doğru gedən xəstəliklərindən, nevrit (sinirlər iltihabı), miozit (əzələ iltihabı), radikulit, nevralgiya halında göstərişdir.

Bu xəstəlikləri olanlara isə banka qoymaq qadağandır:

- yüksək təzyiq

- hemofiliya (qan xəstəliyi)

- dəri xəstəlikləri

- ağciyər vərəmi

- onkoloji xəstəliklər

- ürək xəstəlikləri

- ağciyər xəstəlikləri (kəskin dövrdə)

- 38 C-dən yuxarı qızdırmada.

Həmçinin 3 yaşına qədər uşaqlara da banka qoymaq olmaz. (medicina.az)

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...