Mehriban Əliyeva balaca Zərrini həyata qaytardı

Neçə illər idi ki, Zərrin nə danışa, nə də eşidə bilirdi. Ailənin imkanı onun müalicəsinə yetmirdi. Ailəsi Zərrinin dil açıb danışacağı günü səbirsizliklə gözləyir, bunun üçün hər gün Allaha dua edirdi. Sonda dualar çin oldu.

"Erməni Təcavüzünün Tanıdılması” İB-nin sədri Səriyyə Müslüm qızının H.Əliyev Fondunun prezidenti, ölkənin 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı məktuba müsbət cavab gəldi. Zərrin Qurbanova dövlət hesabına koxlear implant əməliyyatı olundu. Birlik sədri Mehriban xanım Əliyevaya, Tibbi yardımın təşkili şöbəsinin müdiri, A.F.Qarayev adına 2 saylı klinik xəstəxananın baş həkimi Azər Xudiyevə və tibb işçilərinə öz dərin təşəkkürünü bildirir.

Xeyirxah təşəbbüsü ilə bir ailənin sevincinə, məsum körpənin sağalmasına səbəbkar olan Səriyyə xanım Sherg.az-a açıqlamasında balaca Zərrinin ailəsi ilə qonşu olduqlarını bildirib.

O deyib ki, anadan olduqdan sonra uşağın danışma və eşitmə qabiliyyəti olmayıb. Zərrinin ailəsi uzun müddət bu ağrılarla yaşayıb.

Nəhayət, H.Əliyev fondunun prezidenti hörmətli Mehriban xanıma məktubla müraciət etdim və təxminən 1 ay sonra Səhiyyə Nazirliyindən cavab gəldi. Məktubda qeyd olunurdu ki, uşağın sənədlərini və özünü yazılan ünvana aparın. Sənədləri və uşağı valideynləri ilə birlikdə götürüb 2 saylı Klinik Xəstəxanaya getdim. Orda hər şey çətin idi, çünki müraciətlər çox idi. Həm də Zərrin artıq 5 yaşının içindəydi.

Əgər bu il əməliyyat olunmasaydı, sonrakı illərdə olan əməliyyat effekt verməyəcəkdi. Çünki əməliyyat 5 yaşına qədər nəzərdə tutulurdu. Ailənin durumu həddindən artıq ağırdı, atası da işləmir. Bu ailənin əməliyyatı elətdirmək ehtimalı sıfıra bərabər idi. Çox sağ olsun dövlətimiz və kliniki xəstəxananın baş həkimi müraciət edənlərin sayının çox olmasına baxmayaraq, bizi naümid qoymadılar. Birlik sədri olaraq H.Əliyev fondunun rəhbərliyinə və xəstəxanaya təşəkkürlərimi bildirirəm”.

Bəs, Zərrinin əməliyyat olunacağını ailəsinə deyəndə necə reaksiya veriblər? Bu haqda Sriyyə xanım belə danışır:

- Nənəsi bu xəbəri eşidəndə göz yaşlarına hakim ola bilmədi. Mən o sevinci, göz yaşlarını sözlərlə ifadə edə bilmirəm. Çox sevindim, elə bildim ki, çiyinlərimdən ağır bir yük götürüldü. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sağ olsun ki, təşkilatımızın müraciətinə reaksiya verərək Zərrinin əməliyyatının dövlət hesabına aparılmasına imkan yaratdı.

Saglamolun.Az