Qadının öd kisəsindən 148 daş çıxarıldı - FOTO

Huma Bay artıq bir ildi ki, qarnındakı kəskin ağrılardan əziyyət çəkirdi.

O, sonucda ağrılara dözməyərək xəstəxanaya yollanıb.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, olay Hindistanın Madhya-Pradeş ştatında yaşanıb. "Jeevan Jyoti Hospital"a yollanmış 44 yaşlı Huma Bayı müayinə edən həkimlər onun öd kisəsində çoxldu daşların olduğunu aşkarlayıblar.

Əməliyyat başlanıb və onun öd kisəsindən irili-xırdalı 148 daş çıxarılıb.

Həkimlərin dediklərinə görə, bu qədər daş Huma Bayın həddən artıq yağlı yeməklər yeməsi nəticəsində yaranıb.

Saglamolun.Az