Qadın gözəlliyini məhv edən məhsullar açıqlandı

Rusiyalı model və idmançı Valeriya Barçenko qadın qamətinə və cavanlığına zərər vuran məhsulları açıqlayıb.

Bu haqda “Medikforum” yazır.

Barçenkonun sözlərinə görə, duz səhərlər gözlərin altındakı şişkinliyə və artıq çəkiyə səbəb olur. Modelin təbirincə, zərərli maddələrin siyahısına həmçinin çipslər, mayonez, qazlı su, “fastfud”, yarım fabrikat qida məhsulları daxildir.

Olduqca yüksək kalorili olan məhsulların (duzdan başqa) tərkibində transyağlar, boya maddələri və digər qida əlavələri olur.  

Barçenko 45 yaşından sonra qadınları müntəzəm olaraq kartof və makarondan imtina etməyə, həmçinin, kofein və alkoqol qəbulunu azaltmağı çağırıb. Kofein sümüklərdən kalsiumu yuyub aparır, spirtli içkilər isə orqanizmi susuzlaşdırır ki, bu da dəriyə çox mənfi təsir edir.

Saglamolun.Az




Загрузка...
loading...

Usaqlıq boynu eroziyası və xərçəngi