Hava ilə bağlı – XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında dekabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi  gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu gecə  5-8° isti, gündüz  10-13° isti, Bakıda gecə  6-8° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək - 770  mm civə sütunu təşkil edəcək.

Nisbi  rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və  mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da,  rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14 isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti təşkil edəcək.

Saglamolun.Az