Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm... - Rəhim Rəhimli AÇIQLADI

Rəhim Rəhimlinin uzun zamandır efirlərdən kənar düşməsinin səbəbi məlum olub.

Milli.Az xəbər verir ki, "ATV maqazin onlarla" verilişinə açıqlama verən müğənni səhhətində problemlər yaşadığını bildirib: "Səhhətimdə bir az problem var. Qan təzyiqindən əziyyət çəkirəm. Təzyiqim çox yüksəkdir. Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm. Bu irsidir. Mənim rəhmətlik atamda da qan təzyiqi var idi. Məclislərə gedəndə, səhnə alanda yanımda artıq kimsə olur. Çünki hər an başım gicəllənə bilər".

Saglamolun.Az