Əli Mirəliyev efirdə hönkür-hönkür ağladı: O ölməməli idi - VİDEO

ARB TV-nin "Səhər-Səhər" proqramında oktyabrın 26-sı 71 yaşında dünyasını dəyişən Xalq artisti, məşhur diktor Rafiq Hüseynov anılıb.

Milli.Az bildirir ki, bu barədə danışan müğənni Əli Mirəliyev göz yaşlarını saxlaya bilməyərək, hönkür-hönkür ağladı:

"Eldar Mansurovdan da oxuyurdu, öz yazdığı mahnılar da var idi. İçərişəhər haqqında da mahnısı var. Mənlə də oxuyub. Kövrəldim. İnsan həyatdan gedə bilər. Amma Rafiq getməməli idi".

Saglamolun.Az