Tanınmış ifaçının 2 yaşlı oğlu təcili yardımla xəstəxanaya çatdırıldı

Tanınmış müğənni Sevda Sanalıyeva böyük stress keçirib.

Xəbərçi.az-a daxil olan məlumata görə ifaçının oğlu xəstəxanaya çatdırılıb. Məlumatı dəqiqləşdirmək üçün ifaçı ilə əlaqə saxladıq: "Bəli, doğrudur. Havadan oldu, ya virusdur nədir bilmədik ... Oğlum çox pis xəstələnmişdi. Hərarəti get-gedə lap çoxalırdı. Təcili yardımla xəstəxanaya çatdırdıq. Uşağın halı çox pis idi. Gedib o dünyanı görüb, gəldim. Amma şükür indi artıq hər şey yaxşıdır, həkimlər sağ olsun".

Saglamolun.Az