Sabaha olan hava proqnozu açıqlandı

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz  18-23° isti,

Bakıda gecə 14-16°, gündüz  21-23° isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunu, nisbi rütubət  gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  7-12°, gündüz  19-24° isti, dağlarda gecə 1-6°, gündüz 9-14° isti olacağı gözlənilir.

Saglamolun.Az