Bu əlamətlər beyin şişinə işarə edir!

İnsan vücudunda görülən şişlərin 10%-i sinir sistemi toxumlarından inkişaf edir. Bunların 100-də 80-90-ı beyində inkişaf edir.

Yenidoğulmuş uşaqlar da daxil olmaqla, bütün yaşlarda rast gəlinə bilən beyin şişləri, orta yaş sonrasında xüsusilə xərçəng xəstələrinin böyük bir hissəsində xərçəngin yayılması nəticəsində yayılmış olaraq görülür.

Beyin şişlərinin təxminən üçdə ikisi beyinə metaztaz sonrası görülür. Beyin şişləri üçün ən əhəmiyyətli əlamət ağrı, ürəkbulanma və qusma ilə müşayiət olunmasıdır.

Şikayətlər beyində şişin yerindən asılı olaraq dəyişə bilər.

Hər hansı bir xəstəlikdə olduğu kimi, beyin şişlərinin erkən aşkarlanması əlbəttə ki, xəstələrin həyatını xilas etmək üçün böyük bir amildir və həyatın rahatlığına çox təsir edə bilər.

Beyin şişlərinin meydana gəlməsinə səbəb nədir?

Beyin şişlərinin dəqiq səbəbi hələ bilinmədiyinə baxmayaraq, irsi və ətraf mühitin çirklənməsi kimi bir çox amillər səbəb olaraq göstərilir.

Erkən diaqnozun məqsədi nədir?

Beyin şişlərinin erkən diaqnozu xəstənin həyatı və həyat keyfiyyətinə təsir edir. Xəstənin bədənində baş verən dəyişiklikləri erkən müəyyənləşdirmək və vaxtını itirmədən həkimlə məsləhətləşmək lazımdır.

Beyin şişinin erkən göstəriciləri hansılardır?

- Son zamanlarda əvvəllər müşahidə olunan baş ağrılarından fərqli baş ağrısının artması

- görmənin azalması

- qoxu və ya eşitmə hissinin azalması və ya itirilməsi

- əldə və ya ayaqda zəiflik

- tez-tez ürəkgetmə beyin şişlərinin simptomları ola bilər.

Kiçik ölçülərdə erkən diaqnoz qoyulan şişlərin müalicəsi daha yaxşı ola bilər, lakin böyük ölçülü şişlərin müalicəsi daha çətin və təhlükəli ola bilər.

Hər baş ağrısı beyin şişinə işarə edirmi, ilk işarə baş ağrısıdırmı?

Baş ağrısı və qusma uzun müddət müşahidə olunduqda ilk ağıla gələn miqren kimi qeyri-şiş xəstəlikləridir. Beyin özü ağrıya həssas bir orqan olmadığından beyində inkişaf edən bir şiş müəyyən ölçüyə çatana qədər baş ağrısını vermir.

Xüsusilə sürətli böyüyən şişlərdə baş ağrısı və digər simptomlar daha tez-tez üzə çıxır və kəskin olur. Lakin yavaş-yavaş inkişaf edən beyin şişlərində beyin adaptasiya edərək şişə yer aça bilir. Hətta çox böyük ölçülərdə belə baş ağrısı xəstədə görünməyə bilər.

Beyin şişlərinin müalicəsi

Birinci variant şişin Neyrocərrah tərəfindən xaric edilməsidir.

İkinci variant Radioterapiyadır.

Üçüncü variant Kimyaterapiyadır.

.

DR. BƏHRUZ EYVAZOV,
Neyrocərrah

 

 

 

.

Saglamolun.Az




Загрузка...
loading...

Usaqlıq boynu eroziyası və xərçəngi