Yuxuda xoruldayanlar daha çox qəza törədir

Xoruldayan insanlar yuxuda dincələ bilmədikləri üçün nəqliyyatda diqqətləri dağılır və bu da yol qəzalarına səbəb olur.

Atatürk Universiteti Tibb Fakültəsi qulaq-burun-boğaz fundamental elm sahəsi üzrə tədris üzvü, dos, dr. Özgür Yörükün fikrincə, xoruldamanı gözardı etmək olmaz, çünki xoruldama bir çox ailə faciələrinin baş verməsinin səbəblərindən  biridir.

Xoruldamanın ciddi fikir verilməsi vacib olan bir narahatlıq olduğunu vurğulayan Yörük bunun yol qəzalarına, diqqət pozğunluqlarına, şəxsiyyət pozğunluqlarına və hətta psixi pozğunluqlara da yol aça biləcəyini qeyd edib.

Xoruladayan və nəfəsi kəsilən insanların daha çox yuxuya meyilli olduğuna diqqət çəkən Yörük bu barədə fikirlərini açıqlayıb: “Xoruldayan insan yuxusunu ala bilmir, yuxusuz yola çıxdıqda da diqqətiniz dağılmış halda avtomobil idarə edirsiniz. Yolda yuxulamayın səbəbləri ya hər hansı problemin olması, ya da xoruldadığı üçün nəfəsinin kəsilməsinə görə yuxusuz qalması ola bilər. Yuxulamaq bədənin nəfəs alması, dincəlməsi deməkdir. Sürücü isə xoruldadığı üçün dincələ bilmir. Bu halda bədənin də müqaviməti azalır və sükan arxasında özünü itirir, yol qəzalarına səbəb olur”.

Xoruldama kökəlməyə də səbəb olur

Xoruldama xəstəliyi artıq çəkili insanlarda daha çox müşahidə olunur. Xoruldadıqca endrogen kortizon deyilən bir hormon ifraz olunur. Xəstə xoruldadıqca nəfəs kəsilmələri baş verdiyi və daha çox stressə girdiyi üçün daha çox kortizon ifraz olunur və xəstə kökəlir. Adətən xoruldayan xəstələrə arıqlamaları məsləhət görülür.

Saglamolun.Az