Uzunömürlü insanların oxşar cəhətləri - DNT EYNİDİR

100 ildən çox yaşayan insanların DNT-sində oxşarlıqlar aşkarlanıb.

Boston Universiteti Tibb Fakültəsinin tədqiqatçılarının apardığı yeni araşdırmaya əsasən, 100 yaşdan yuxarı insanların həddindən artıq qocalıqda funksionallığını qoruyan və onlara uzunömürlülüyə təsir edən unikal immun sisteminə malikdirlər.

Ümumiyyətlə əvvəlki araşdırmalarda sübut olunub ki, qocalmanın əlamətlərindən biri immunitet sisteminin düzgün işləməməsidir.

İmmunitet hüceyrələri xəstəliklərdən qorunmaq və uzunömürlülüyü təşviq etmək üçün xidmət edən mühüm mexanizmlərin əsasını təşkil edir.

Bu yaxınlarda “EBioMedicine” akademik jurnalında dərc edilən yeni araşdırmada tədqiqatçılar 100 yaşdan yuxarı 7 nəfərin qanında dövr edən immun hüceyrələrinin geniş kateqoriyası olan periferik qanın mononükleer hüceyrələrində (PBMCs) molekulları qiymətləndirmək üçün tək hüceyrəli ardıcıllığı təhlil ediblər.

Tədqiqatçılar daha sonra müxtəlif hüceyrə növlərinin nisbətinin və daxili fəaliyyətinin yaşla necə dəyişdiyini analiz etmək üçün qabaqcıl hesablama üsullarından istifadə ediblər.

Onlar yalnız 100 ildən artıq yaşayanlara xas olan hüceyrə tipinin tərkibində və funksiyasında dəyişikliklər aşkar ediblər ki, bu da yaşla əlaqədar normal immun reaksiyanı əks etdirir.

Tədqiqatın müəllifi Tanya Karagiannis bildirib ki, bu məlumatlar 100 yaşdan yuxarı insanların xəstəliklərdən sağalmalarına və həddindən artıq çox yaşamalarına imkan verən qoruyucu faktorlara malik olduğunu sübut edir.

Onların fikrincə, insanlar həyatları boyu infeksiyalara yoluxub sağaldıqca, onların immun sistemləri bu infeksiyalara uyğunlaşmağı öyrənir. Amma bu qabiliyyət adətən yaşla azalır. Amma uzunömürlü insanlarda hüceyrələrdə bu qabiliyyət qalır.

 

 

medicalmedia.az 

Saglamolun.Az