Sosial media fenomenlərinə bənzəmək istəyənlərin PLASTİK ƏMƏLİYYAT YARIŞI

“Bu gün gənclərin ən çox üstünlük verdiyi estetik biri də rinoplastikadır. Artıq ətrafımızdakı insanların çoxunun burnu estetiklidir. İlk başlarda “Hollivud ulduzlarının burnu kimi olsun” deyib həkimlərin qapısını döyən gənclər indi sosial media fenomenlərini örnək götürürlər”.

Bu sözləri türkiyəki Qulaq Burun Boğaz və Baş Boyun Cərrahı Zeynep Aydoğdu deyib.

Həkim bildirib ki, rinoplastika əməliyyatı zamanı burundakı qığırdaq və sümük əyriliklərini də düzəltmək mümkündür. Bu əməliyyatın adı septorinoplastikadır. LOR həkimlərinin ən çox icra etdiyi əməliyyat septorinoplastikadır.

Həkim plastik əməliyyat etdirənlərin sayının artmasına da münasibət bildirib:

"Son illərdə smartfonlar, selfi kameraları və sosial media istifadəsinin artması ilə gənclərin xarici görünüşləri ilə bağlı fikirləri də dəyişilib. Sosial media fenomenləri filtrlər və plastik əməliyyatlarla həmişə qüsursuz görünməyə çalışıblar. Bu da gənclərə təsir edir. Sosial mühitdə özünə yer tapmağa çalışan və hələ yeniyetməlik çağında olan gənclər xarici görünüşləri ilə bağlı  qüsurlu olduqlarını düşünürlər. Bütün bu səbəblərdən gənclər daha plastic əməliyyatlar üz tuturlar”.

O qeyd edib ki, son zamanlar xəstələrimiz adətən istədikləri burun formasını göstərmək üçün müayinəyə fotoşəkillə gəlirlər. Amma göstərilən fotoşəkillər əvvəlki kimi məşhurların deyil, sosial media fenomenlərinin olur. Amma bəzən bu formaları əməliyyatla belə alındırmaq mümkün olmur. Çünki hər bir fərdin özünəməxsus burun forması var. Özünə uyğun şəkildə əməliyyat edilməlidir.

 

 

medicalmedia.az 

Saglamolun.Az