Ürək-damar problemləri ürək və qan dövranı sisteminə təsir edən geniş spektrli xəstəliklərə aiddir. Bu problemlər kişilərə və qadınlara fərqli təsir göstərə bilər.
Xəstəliyin diaqnozu və müalicəsi fərddən və vəziyyətin əsas səbəbindən asılı olaraq dəyişir.
Ümumiyyətlə, ürək-damar problemləri qadınlara nisbətən kişilərdə daha çox olur. Kişilərdə daha erkən yaşlarda ürək xəstəliyinə tutulma riski yüksəkdir. Ölkəmizdə isə vəziyyət daha kritikdir.
Belə ki, kişilərdə ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ən çox ölüm hallarının qeydə alındığı ölkələr içərisində Azərbaycan birinci yerdədir:
1.Azərbaycan
2.Tacikistan
3. Belarus
4. Özbəkistan
5. Ukrayna
18. Gürcüstan
21. Rusiya
26. Ermənistan
66. İran
117. Türkiyə
179. İsrail
180. Peru
181. Fransa
182. Yaponiya
183. Koreya
Qadınların eyni statistikasına əsasən, Azərbaycan siyahıda ikinci yerdədir.
Sevinc Hüseynova
Saglamolun.Az