Məşhur və sağalmaz xəstəliyin müalicəsi tapıldı: dərmanı okeanın dibindəymiş

Okean və dənizlərin dərinliyindən toplanan maddələr xərçəng xəstəliyinin müalicəsində və ya antibiotiklərin istehsalında istifadə edilə bilər.

San Dieqodakı Skripps Okeanoqrafiya İnstitutunun professoru Uilyam Fenikal həmin maddələri toplayaraq laboratoriyasında tədqiq edir.

Sözügedən maddələri  toplanması üçün xüsusi sürətli qayıqlarda dalğıclar göndərilir və ya dənizin dibində axtarış aparmaq üçün sualtı robotlar səfərbər edilir. Alimlər növbəti xərçəngin müalicəsində istifadə ediiləcək dərmanın və hazırda olandan qat-qat effektiv antibiotiklərin istehsal edilməsi üçün bu tədqiqatı vacib sayırlar. Onların fikrincə, dərman üçün vacib olan molekul çöküntüdə toplanan mikroblarda tapıla bilər. Bu malekullar dəniz sularında, qayalara və ya qayıqların alt tərəfinə yapışan çəllək gövdəli canlılarda, ilbizdə simbiotik yaşayan bakteriyalar tərəfindən istehsal olunur. Bu maddənin Alzheimer və ya epilepsiyanın müalicəsi üçün də effektivliyi aşkarlansa, onu dərmana çevirmək üçün on il və ya daha çox vaxt lazımdır. Layihənin həyata keçirilməsi üçün eyni zamanda yüz milyonlarla dollara ehtiyac var.

Sevinc Hüseynova 

Saglamolun.Az