Su qıtlığının səbəbi budur? - 2040-cı ildə daha pis olacaq: PROQNOZ

Dünya okeanlarına atılan plastik tullantıların sayı 2005-ci ildən bu yana rekord həddə artıb. Mütəxəssislər 2040-cı ilə qədər bu təhlükənin 3 dəfə artacağını proqnozlaşdırırlar.

Plastik çirklənməni azaltmaq üçün kampaniya aparan ABŞ-ın Five Gyres İnstitutunun apardığı araşdırmanın nəticələri okeanların getdikcə daha çox plastik zibilliyə çevrildiyini ortaya qoyub.

Açıqlanan məlumata görə, 2019-cu ilə qədər okeanlarda 171 trilyondan çox plastik tullaantı olub.

Tədqiqat zamanı 1979-2019-cu illəri əhatə edən altı əsas dəniz bölgəsindəki 11.777 okean stansiyasından plastik çirklənmə məlumatları təhlil edilib.

Araşdırmaçı Markus Eriksen bildirib ki, bu miniillikdən bəri qlobal okeanda mikroplastiklərdə həyəcan verici eksponensial artım tendensiyası müşahidə edilib. Bununla əlaqədar qlobal səviyyədə mütləq işlər görülməlidir.  

Sevinc Hüseynova 

Saglamolun.Az