Həftədə üç dəfədən az olaraq, böyük bayıra çıxmaq və ya çətin böyük bayıra çıxmaq qəbizlik kimi başa düşülür.
Xroniki qəbizlik üçün Roma 3 kriteriyası:
- Həftədə 3 dəfədən az defekasiyanın olması;
- Böyük bayıra çıxmaların ən azı 25%-də qatı və həcmli nəcisin olması;
- Böyük bayıra çıxmaların ən azı 25%-də nəcisin tam boşalmama hissi;
- Böyük bayıra çıxmaların ən azı 25%-də nəcisin anal çıxacaqda ləngiməsi;
- Böyük bayıra çıxmaların ən azı 25%-də əllə kömək edərək defekasiya;
- Defekasiya zamanı nəcis yumşaldıcı dərmanlardan istifadə etmədən yumşaq nəcisin olmaması;
- Böyük bayıra çıxmaların ən azı 25%-də daha çox gücənmədən istifadə etmək;
- Qıcıqlanmış bağırsaq sindromunun şikayətlərinin olmaması.
Qəbizliyin səbəbləri, onu yaradan amillər
- Anadangəlmə (Hirşprung xəstəliyi)
- Qazanılmış
- Funksional: Qusma və ishal sonrası çoxlu miqdarda mayenin itməsi, tətildə olan zaman, böyük bayıra getmək istəyən zaman özünü saxlamaq, az hərəkətdə olmaq, meyvə tərəvəzdən az istifadə etmək. Bunların hər biri sonda funksional qəbizliyin əmələ gəlməsi ilə nəticələnə bilər.
- Metabolik: Qalxanabənzər vəzin funksiyasının azalması, qalxanabənzərətraf vəzinin funksiyasının çoxalması, hamiləlik, şəkər xəstəliyi, qanda kalsiumun miqdarının artması, qanda kaliumun miqdarının azalması, böyrəküstü vəzin törəməsində və s.
- Sinir sisteminə bağlı: İflic, onurğa beyin yaralanmaları, multipl skleroz və s.
- Dərmanlara bağlı: Ağrı kəsicilər, antispazmalitiklər, dəmir, antidepresantlar, diuretiklər, ürək və təzyiq dərmanları və s.
- Mexaniki maneçiliyə bağlı: Bitişmə xəstəliyi, törəmələr, anal darlıq, işemik kolit, yırtıqlar, yoğun bağırsağın yalançı keçməməzliyi və s.
Qəbizliyi aradan qaldıracaq təbii resept üçün:
Əncir qurusu – 500 qram
Gavalı qurusu – 500 qram
Qoz ləpəsi – 300 qram
Bal – 1 stəkan
Rafinə olunmamış zeytun yağı – yarım stəkan
Əvəlcə əncir, gavalı və qoz quruları ət maşınından keçirilir, sonra bal və zeytun yağı əlavə olunub yaxşı-yaxşı qarışdırılır. Məcundan gündə 3 xörək qaşığından 1 xörək qaşığına qədər istifadə edə bilərsiniz. Beləki, əgər uzun müddət qəbizlikdən əziyyət çəkirsinizsə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı, əgər arada qəbizlikdən əziyyət çəkirsinizsə gündə 1-2 xörək qaşığı yeməkdən 1 saat əvvəl yeyə bilərsiniz.
Bu reseptlə bərabər gündə ən azı 1 litr çiy su içilməli və gündə 1 saat piyada gəzmək həm bu müalicənin effektini artırar, həm də bunlar nəinki qəbizlikdən əziyyət çəkənlərə ümumiyyətlə bütün insanlar üçün faydalıdırlar.
Saglamolun.Az