Rusiyalı professordan KT ilə bağlı XƏBƏRDARLIQ

Tibb elmləri doktoru, professor, tanınmış rusiyalı epidemioloq Gennadiy Onişenko kompüter tomoqrafiyasının mümkün olan fəsadları haqqında xəbərdarlıq edib. Həkim bildirib ki, KT zamanı insan ciddi şüalanmaya məruz qalır.   

Koronavirusla bağlı Rusiya və həmçinin əksər digər ölkələrdə KT-yə olan tələbat kəskin artıb. Saglamolun.az bildirir ki, Rusiyanın Rospotrebnadzor təşkilatının nümayəndələrinin fikrinə görə, bu gələcəkdə şüalanma ilə bağlı xəstəliklərin artmasına səbəb olacaq.

İtaliya həkimləri xəbərdarlıq edirlər ki, 10-15 ildən sonra indi gördüyümüz KT-dən sui-istifadə ağır fəsadlara səbəb ola bilər.

Onişenko РИА Новости kanalına müsahibədə vurğulayıb ki, hazırda 1 koronavirus xəstəsi orta hesabla 2-3 dəfə KT-dən keçir.

“Hətta koronavirus aşkar olunubsa, həkimin məsləhəti olmadan KT-dən keçməyə ehtiyac yoxdur”, - Onişenko bildirib.

Həmçinin professor həkimləri də “belə müayinələrə qarşı daha diqqətli və ehtiyatlı olmağa” çağırıb.

“KT-nin lazım olub-olmadığına diqqət etmək lazımdır. Onu  o qədər reklam ediblər, xəstələr bu KT-yə o qədər inanır ki... Ciddi şüaalanma var və bununla ehtiyatlı olmaq lazımdır” – alim qeyd edib.

Nəzərinizə çatdıraq ki, həkimlərin müşahidələrinə görə KT müayinəsi koronavirus zamanı çox informativ deyil. Belə ki, ağciyərin zədələnməsinin (“buzlu şüşə”) hansı səbəbə görə baş verdiyini (qripp, koronavirus və s.) KT-nin köməyi ilə dəqiq anlamaq mümkün deyil.

Saglamolun.Az