Covid-19-a təslim olmayaq!

Karantin qaydalarına düzgün əməl etmək Covid-19-un yayılmasını azaltmağa və epidemiyanın pik səviyyəsindən qaçmağa imkan verir ki, bu da səhiyyə orqanlarının üzərinə düşən yükü azaldar - daha çox həyat xilas olar.

Covid-19 üçün risk altında olanlar

COVID-19-u   yüngül simptomlarla keçirənləri  xəstəxanaya yerləşdirməyə ehtiyac olmur. Yaşı 65-dən yuxarı olan insanlar, həmçinin ürək-damar xəstəlikləri, şəkərli diabeti, tənəffüs sisteminin xəstəlikləri, hipertoniya, xərçəng, piylənməsi olan pasientlər və immunosupressiv  (immuniteti zəiflədən) müalicə alanlar arasında COVID-19-dan ölüm riski çox yüksəkdir.

Qalan yetkin insanlarda yaşlı və sadaladığımız  xəstəlikləri olan pasientlərlə müqayisədə ölüm riski azdır.

Uşaqlarda böyüklərə nisbətən xəstəliyin gedişi daha yumşaq   və  proqnozu daha yaxşıdır,  ölüm halları nadirdir

Özünütəcrid və ya karantini necə faydalı etmək olar?

Özünü təcrid edib evdə oturmaq fiziki fəaliyyətin azalmasına, sağlamlığınızın pisləşməsinə və depressiyaya səbəb ola bilər.

- Aerobika, Tai Chi gimnastikası – Çindəki tədqiqata görə koronavirus səbəbilə karantin müddətində çinlilər hərəkət defisitini belə kompensasiya etdilər.

- Gündəlik ən az 30 dəqiqə orta fiziki aktivlik və ya günaşırı 20 dəqiqə intensiv fiziki aktivlik hipodinamiyanı istisna etmək, depressiyanın qarşısını almaq və sağlamlığınızı dəstəkləmək üçün vacibdir.

- Sadə karbohidratları qidanızdan çıxarın. Hiperqlikemiya və çox miqdarda karbohidrat yemək infeksiyaya qarşı anadangəlmə immun cavabı zəiflədə bilər. Covid-19 ilə xəstəxanaya yerləşdirilən şəkərli diabet xəstələrinin bəzilərində ağırlaşmalar bununla izah edilə bilər.

- Stresdən qaçın. Stress zamanı qanda stress-hormonlarının səviyyəsi qalxır. Məsələn, adrenalinlə adrenergik reseptorların aktivləşdirilməsi immuniteti zəiflədir.

- Yuxu çatışmazlığını aradan qaldırın. Yuxu pozulması və çatışmazlığı immunitetin funksiyasını azaldır.

Bərpaedici yuxu olana qədər, hətta gecənin yarısına qədər yuxusuz qalmağınız növbəti günə qədər immuniteti azaldır. Yuxu rejiminin pozulması xəstəliyə qarşı spesifik immunitetin meydana gəlməsini bloklayır.

Xəstələnmə riskini azaltmağın vacib aspekti stresi azaltmaq və yuxu çatışmazlığını aradan qaldırmaqdır. Lakin, həddindən artıq panika, qeyri-müəyyənlik, saxta xəbərlər - bütün bunlar stresə və yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

Çinli alimlərin apardığı araşdırma göstərir ki, Çinin mərkəzində, 2020-ci ilin yanvar ayında COVID-19 epidemiyası səbəbilə karantin zamanı, evdə 14 gün qalarkən, dövlət tədbirlərinə sosial etimad göstərmiş insanlar daha az stress keçirmiş və yuxunun keyfiyyəti yaxşı vəziyyətdə olmuşdur. Buna görə saxta xəbərlər oxumaq və özünüzü aldatmaq lazım deyil.

Karantin qaydalarına, düzgün qidalanmaya, yoluxmamaq üçün sanitar-epidemioloji qaydalara (əlləri tez-tez yumaq, maska taxmaq, sosial məsafə saxlamaqla) əməl etməklə zənciri qırıb, COVİD -19-a qalib gələ bilərik.

Əgər tənəffüsünüzdə problem, döş qəfəsində davamlı ağrı və ya təzyiq varsa təcili yardım çağırın!

http://biolojitababat.az/az/pasient/xeberler/covid-19-a-t%C9%99slim-olmayaq.html

 

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

http://saglamolun.az/index.php/ozel-klinikalar/983-bioloji-tebabet-klinikasi.html

 

.

Saglamolun.Az