 
 
əl-Adiyat (Qaçan atlar) surəsi
 
 (Məkkədə, bir rəvayətə görə isə Mədinədə nazil olmuşdur, 11 ayədir) 
 
 Mərhəmətli, rəhmli Allahın adı ilə! 
 1 - And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara; 
 2 - And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara; 
 3 - And olsun sübh çağı hücum edən atlara; 
 4 - And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara; 
 5 - Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki, 
 6 - İnsan öz Rəbbinə qarşı çox nankordur. 
 7 - Və o özü də buna şahiddir. 
 8 - Həqiqətən, insan var-dövlətə çox hərisdir! 
 9 - Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı; 
 10 - Ürəklərdə olanlar faş ediləcəyi zaman 
 11 - Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!
Saglamolun.Az

 
 





