74 il evli olan cütlük eyni gündə öldü

 DÜNYAYA SƏS SALAN SEVGİ HEKAYƏSİ 

Birinin 92, o birinin 94 yaşı var idi.

Braziliyada, evliliklərinin 74-cü ildönümündən iki gün sonra, 10 saat fərqlə, həyat yoldaşları Odileta Panzani de Haro və Pachoal de Haro vəfat ediblər. 

Qadın ahıl yaşlarında Alzheimer xəstəliyindən əziyyət çəkib və əri ona qulluq edib. 2023-cü ildə qadına terminal kolon xərçəngi diaqnozu qoyulub. Həyat yoldaşının diaqnozunu öyrəndiyi gündən, onunla eyni gündə dünyadan köçmək üçün dua edirmiş. Görünür cənab Pachoal de Haronun duaları qəbul olunub. 

Həyat yoldaşından 10 saat sonra o da vəfat edib. 

Ömür boyu parça biznesi ilə məşğul olan, altı övlad valideyni bu cütlük tək analara və ehtiyacı olanlara kömək edən xeyriyyə fondunun da təsisçiləri olub.

Saglamolun.Az