ABŞ QİDA VƏ DƏRMAN İDARƏSİ
ABŞ Qida və Dərman İdarəsi covid peyvəndi istehsalçılarından nadir ürək iltihabı riski ilə bağlı xəbərdarlığı genişləndirməyi tələb edir.
Ürək problemlərinin ən yüksək riski Moderna peyvəndi üçün 18-24, Pfizer peyvəndi üçün isə 12-17 yaş arası kişilərdədir; Hər iki peyvənd üçün yeni xəbərdarlıqlar 16-25 yaş arası kişilərə şamil ediləcək.
Peyvəndlərdəm sonra yeddi gün ərzində 16-25 yaş arası kişilər arasında hallar daha çox müşahidə edildi, lakin onlar hələ də az sayda idi.
Şirkət iddia edir ki, bu qrupda milyon dozada təxminən 38 miokardit və/və ya perikardit hadisəsi qeydə alınıb.
ABŞ Qida və Dərman İdarəsi müəyyən qruplar üçün COVID-19 peyvəndini məhdudlaşdırmaq üçün addımlar atır. Payızda ediləcək peyvəndlər yalnız 65 və daha yuxarı yaşda olan böyüklər və ağır Covid-19 infeksiyası olanlara tövsiyə ediləcək.