Pəncərədən təbiətə baxmaq ağrını azaldır


YENİ ARAŞDIMA

Elm adamları sübut edib ki, təbiəti izləmək ağrıları kütləşdirir.
İlk dəfə bu barədə Rocer Ulrix adlı həkim öz müşahidələrinə əsaslanarq fikir bildirib. Həkim palatasında mənzərəsi təbiətə olan xəstələrə daha az ağrıkəsici vurulduğunu müşahidə edib.
Vyana Universiteti və Ekseter Universitetindən bir qrup alim bu fərziyyəni yoxlamaq qərarı alıb. Təcrübədə iştirak edən 49 könüllünün dərisinə zəif elektrik cərəyanı verilib. Bu manipulyasiyalar zamanı subyektlərə üç müxtəlif tipli videoçarxlar nümayiş etdirilib: təbiət mənzərələri, şəhər həyatından səhnələr və ofis məkanlarında çəkilmiş videolar.
İzləyərkən onlar ağrılarını 0-dan 8-ə qədər ölçüdə qiymətləndirib. Alimlər həmçinin xüsusi skaner vasitəsilə könüllülərin beyin fəaliyyətini də izləyiblər. Bütün əldə edilən nəticələr kompüterə yüklənərək süni intellekt vasitəsilə emal edilib.
İştirakçılar tədqiqatdan sonra doldurduqları anketlərdə ağrılarının təbiət mənzərələrinə baxarkən kütləşdiyini qeyd edib. Ryni zamanda “neyroimaging”, yəni beynin fəaliyyətində dəyişikliklərin müşahidələri məlumatlarına görə də, təbiət mənzərələri ağrı hissləri ilə əlaqəli mərkəzi sinir sisteminin fəaliyyəti azaldıb.
Elmi işin müəllifləri aydınlıq gətirirlər ki, bu görüntülər nəticəsində beyin, ağrı siqnallarının tam olaraq haradan gəldiyi və onların nə qədər güclü olduğu barədə məlumatların işlənməsinə daha az diqqət yetirməyə başlayıb. Görünür, bu da ağrı kəsici təsiri göstərib deyə, araşdırmaçılar bildirib.

Saglamolun.Az