XƏBƏRDARLIQ
Ucuz olduğu üçün məktəblilər arasında populyarlaşan aromainqalyatorlar alergik reaksiyalar, nəfəs yolu problemləri və pis vərdiş kimi sağlamlıq problemləri yaradır.
Bunu Rusiyada bir neçə məktəblinin valideyni iddia edir. Qeyd edək ki, Rusiyada bu cihazların istifadəsi artıq qadağan edilib.
Aroma ingalyatorları – efir yağlarının qarışığını burun vasitəsilə tənəffüs yoluna püskürtmək üçün istifadə olunan cihazlardır. Onlar öz aromatik xüsusiyyətləri və müalicəvi təsirləri ilə məşhurdur, amma onların istifadəsinin potensial zərərli də qeyd edilir.
İstehsalçılar bu qurğuların burun tıxanıqlığını aradan qaldırmağa, nəfəsalmanı yaxşılaşdırmağa və yuxusuzluluğu aradan qaldırmağa kömək etdiyini iddia edir.
Halbuki bu cihazların effektivliyini sübut edəcək heç bir araşdırma yoxdur.
Saglamolun.Az