XƏBƏRDARLIQ
Yatmazdan əvvəl dişlərinizi fırçalamaq sadəcə təmiz ağız üçün deyil, ümumi sağlamlığınız üçün də son dərəcə vacibdir. Mütəxəssislərin fikrincə, hər gecə insanın ağız boşluğu zərərli bakteriyalar üçün ideal bir mühitə çevrilir – xüsusən də, ağız gigiyenasına düzgün əməl edilmədikdə.
Gecə saatlarında orqanizm daha az tüpürcək ifraz edir və bu da ağızda yığılan bakteriyaların yuyulmasını çətinləşdirir. Nəticədə, dişlərin və diş ətlərinin səthində bakterial təbəqə əmələ gəlir. Bu bakteriyalar yalnız ağız boşluğuna deyil, ümumilikdə orqanizmə də zərər verə bilər. Ağız boşluğundakı bakteriyalar qan dövranına daxil olaraq damar divarlarında iltihab yaradır. Bu isə bir sıra ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Qeyd edək ki, gündə ən az 2 dəfə – səhər və axşam – dişləri təmizləmək həkimlər tərəfindən tövsiyə olunur.
Saglamolun.Az