SONUN GƏLDİYİNİ NECƏ ANLAMALI?
Dostluq və ya romantika nə vaxt ölür? Və kitab maraqlı gəlmirsə, sona qədər oxumaq lazımdırmı? İmtina etməyin doğru vaxtı varmı?
SEVGİ
Münasibətinizin sağlam olmadığını göstərən əlamətlər arasında etibarsızlıq, daimi hörmətsizlik və mütəmadi mübahisələrdi. "Xırda münaqişələr böyük bir problemin elçisidir”. Hətta zaraftla belə olsa, partnyorunuz sizin görüşünüzə və ya əməllərinizə lağlağı edirsə, bu o deməkdir ki, artıq sevgi bitib və hər şey kəskin hala gəlmədən getmək vaxtıdır. Bu fikirləri Guardian qəzetinə münasibətlər üzrə mütəxəssis Keyt Mensfild deyib.
DOSTLUQ
İnsan münasibətləri üzrə məsləhətçi Georgina Stermer deyir ki, dostluğun sonunun gəldiyinin bir neçə əlaməti var. Onun hərəkətləri sizə əsəbiləşdirir, birlikdə vaxt keçirəndə darıxırsınızsa, başınıza gələn əhvalatı ona danışmağa can atmırsınızsa, deməli bu dostluğun istifadə müddəti bitib.
İŞ
Karyera üzrə mütəxəssis Keren Blackmore deyir: “İnkişafınız üçün imkan olmayan yerdə çox qalmayın. Çünki daimi eyni işlə məşğil olmaq yaşamaq enerjisini tükəndirir. Üstəlik, işdə sizinlə düşmənçilik, haqsızlıq kimi məsələlərlə üzləşirsinizsə, düşünmədən oranı tərk edin. Çünki fiziki və mental sağlamlıq hər şeydən vacibdir”.
PƏHRİZ
Qidalanma mütəxəssisi və Anna Mapsona görə, əgər daim acsınızsa pəhrizdən imtina etməyin vaxtı gəlib. İstər arıqlamaq üçün, istərsə də sağlamlıq və ya ekoloji səbəblərə görə yeni bir pəhriz sınamaq yaxşıdır, lakin diqqət yetirməli məqamlar var. Daimi aclıq və halsızlıq, başgicəllənmə varsa, tutduğunuz pəhrizdən imtina etməlisiniz.
İÇKİ
Alkoqollu içkidə həddi aşdığınızı necə anlaya bilərsiniz? Ayıq vaxtınızda sərxoşkən etdikləriniz size utandırmağa başlayıbsa, deməli dayanmağın vaxtıdır, deyə içki asılılığından qurtulma üzrə mütəxəssis Jill McKay bildirib.
Saglamolun.Az