“ƏVVƏLCƏ AĞZIM QAŞINMAĞA BAŞLADI”
Bütün dünyada viral olan Dubay şokoladını yedikdən sonra blogerdə allergiya yaranıb.
Rusiya sakini Ellina Tsaraeva məşhur Dubay şokoladını yedikdən sonra ağzında qaşınma başlayıb.
Daha sonra 30 dəqiqə ərzində boğazında şiddətli allergiya yaranıb.
Allergiya ilk olaraq ağız nahiyəsinin qaşınması ilə başlayıb, daha sonra qızın vəziyyəti kəskin şəkildə pisləşib.
Nəticədə bu, nəfəs almaqda çətinliyə, öskürəyə və üzün şişməsinə səbəb olub.
Bundan xəbər tutan ailəsi Ellina üçün təcili yardım çağırıb. Məlum olub ki, onun püstəyə allergiyası olub.
Saglamolun.Az