Dünən Bakıda gəlinini güllələyərək qətlə yetirən 88 yaşlı Yaşar Dadaşov xəstəxanada dünyasını dəyişib.
Kliniki Tibbi Mərkəzdan bildirib ki, vətəndaş 1935-ci il təvəllüdlü Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə gətirilib.
Qeyd olunub ki, mərkəzə daxil olarkən o, koma vəziyyətində olub: “Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, bu gün dünyasını dəyişib”.
Əldə edilən digər məlumata görə, Yaşar Dadaşov tanınmış şəxsdir. O, Azərbaycanın məşhur dənizçilərindən biridir və 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Belə ki, 1935-ci ildə Bakıda anadan olan Y.Dadaşov 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən dənizçilik fəaliyyətinə başlayan Yaşar Dadaşov gəmi kapitanı kimi uzun illər xarici sularda üzüb.
O, bir çox orden və medallara layiq görülübmüş.
Saglamolun.Az