Qadınlarda sinə ölçüsünün normadan böyük olması ciddi sağlamlıq problemlərinə səbəb olur.
Bu zaman çiyinlərə ağır yük düşür və onurğaya mənfi təsir edir. Lakin mənfi təsirlər bununla bitmir.
Bakupost.az xəbər verir ki, türkiyəli məşhur estetik həkim Həyati Akbaş qadınlarda sinə böyüklüyünün ziyanları haqqında danışıb.
Onun sözlərinə görə, sinə böyüklüyü bel, boyun ağrıları, bədənin aşağı nahiyələrində səpki və yaralar kimi bir sıra sağlamlıq problemlərinə yol açır.
Eyni zamanda, bunun psixoloji təsirləri olduğunu da vurğulayıb:
“Böyük ölçü qadınları psixologiyasına da mənfi təsir göstərir. Onlar iri sinələrini gzlətmək üçün qalın, qapalı paltarlar geyinməyə məcbur olur. Hətta gənc qızlarda da bu cür hallar müşahidə edilir”.
Həkim bildirib ki, sadalanan sağlamlıq və psixoloji problemlərin aradan qaldırılması üçün sinə kiçiltmə əməliyyatları mütləqdir:
“Qadın bu yükdən azad olmalı, özünə daha inamlı hiss etməlidir. Sinə kiçiltmə əməliyyatı edildikdə, çiyinlərdəki yük azalır. Yaş fərqi də yoxdur. Bu təkcə estetik əməliyyat deyil, həm də müalicə üsuludur. Estetik cərrah olaraq bu əməliyyatı şiddətlə tövsiyə edirəm”.
Saglamolun.Az