Məşhur Britaniyalı müğənni Adel şou-biznesin o qədər də qlamur olmayan tərəfi ilə bağlı səmimi açıqlamalar verib.
2011-ci ildə "Rolling in the Deep" hiti ilə şöhrəti bütün dünyaya yayılan 35 yaşlı müğənni həftəsonu Las-Veqasda verdiyi konsert zamanı yaşadığı sıxıntı və narahatlığından danışıb.
Konsertində korset geyindiyi üçün çox tərlədiyini deyən Adel bu səbəbdən bədən göbələyi xəstəliyinə tutulduğunu bildirib.
"Açığı, mən fit görünmək üçün konsertlərimdə korset geyinirəm. Amma çox tərləyirəm və bu tər saatlarla bədənimdə qalır. Bundan sonra dərimdə qaşıntı, qızartı kimi əlamətlər meydana gəlməyə başladı, Həkim müayinə edərkən bədən göbələi xəstəliyi diaqnozu qoydu", -deyə o əlavə edib.
Qremmi mükafatlı müğənni bu xəstəliyin idmançılar arasında da çox rastlandığını qeyd edib. Ümumi bir maya infeksiyası, qasıq və daxili bud kimi bədənin isti, nəm bölgələrində qaşınma, səpki kimi əlamətlərlə özünü göstərən infeksion xəstəlikdir.
Qeyd edək ki, yoluxucu xəstəlik olan göbələk xəstəliyi dəridə qızartı, qaşınma, iltihab və şişliklərə səbəb olan tək hüceyrəli göbələkdir. Müxtəlif növ göbələklər bu simptomların bədənin müxtəlif yerlərində görünməsinə səbəb ola bilər. İnfeksiya dəridə əl, ayaq, üz, bədən və baş dərisi kimi bölgələrdə çoxalan göbələk növlərinə görə baş verir. Əvvəlcə aydın sərhədləri varmış kimi görünən göbələk bədənin müxtəlif hissələrinə təsir etdikdə zamanla yayıla bilər və bu zaman infeksiya çox daha ağır simptomlarla irəliləyir. Göbələk xəstəlikləri daha çox dəridə ayaq, dırnaq, qasıq, vajina və saç kimi nahiyələrdə əmələ gəlir. Bununla belə nadir hallarda da olsa, dil və imfa düyünlərini də təsir edə bilir.
medicalmedia.az
Saglamolun.Az