İranda qadağalara əməl etməyənlər zəhərləndi: 140 NƏFƏR AĞIR VƏZİYYƏTDƏ

İranda təşkil edilmiş bir ziyafətdə evdə hazırlanmış içkidən 10 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 140 nəfər zəhərlənib.
İranın Ədliyyə Tibb İnstitutunun rəhbəri Abbas Məscidi 2022-ci ildə evdə hazırlanmış spirtli içkilərdən ölənlərin sayının 2021-ci ilə nisbətən 30 faiz artaraq 644 nəfərə çatdığını bildirib.
İranda içki istehsalı və satışının qadağandır. Qadağaya əməl etməyənlər cərimələnir və ya qamçılanır. Buna görə də insanlar adətən evdə hazırlanmış içkilərdən istifadə edirlər.
İRNA xəbər agentliyinin məlumatına görə, bu içkidən içən 140 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bundan başqa, yerli medianın verdiyi xəbərə əsasən, Covid-19 epidemiyası zamanı sosial mediada “spirt virusa qarşı qorunma təmin edir” iddiasından sonra bir çox insan metanol qəbul edərək dünyasını dəyişib və ya ağır xəstələnib.

 

 

medicalmedia.az 

Saglamolun.Az