Fransa prezidenti Emmanuel Makronun reqbi matçından sonra pivə içməsi tənqidlərə səbəb olub.
Makron həftə sonu Parisdə Stade de Fransda izlədiyi reqbi liqasının final matçında çempionluq titulunu qorumağa başlayan Tuluza komandasının sevincini bölüşüb.
O, qalibiyyəti qeyd etmək üçün paltardəyişmə otağına gedib və ona bir şüşə pivə təklif edilib. Prezident pivəni bir qurtuma içib.
Bu görüntülər sosial mediada müzakirələrə səbəb olub. Səhiyyə mütəxəssisləri prezidentin bu hərəkətini doğru hesab etməyiblər.
Bir çox Fransa prezidentləri kimi, tez-tez əlində bir qədəh şərabla görünən və şərab sənayesinin qatı tərəfdarı olan Makron da hər gün nahar və şam yeməyində bir stəkan şərab içdiyini bildirir.
Lakin bir müddətdir ictimai səhiyyə mütəxəssisləri tərəfindən həddindən artıq spirt istehlakını təbliğ etməkdə günahlandırılan Makronun reqbi matçındakı davranışı geniş narazılıq yaradıb.
Bununla belə, Makronu tənqid etməkdən çəkinməyən ictimai səhiyyə ekspertlərinin fikrincə, prezident nümunəvi davranışında diqqətli olmalıdır.
Həkim və narkomaniya mütəxəssisi William Lowenstein bildirib ki, onun bu davranışı yersizdir. O bunu kameralar önündə etməməlidir, yanlış təbliğat aparılır.
Bundan öncə də Makronun hər il yanvar ayında dörd həftə alkoqoldan imtina üçün həyata keçirilən "Ayıq Yanvar" layihəsinə qarşı çıxıb, bu da ictimai səhiyyə mütəxəssislərinin reaksiya göstərməsinə səbəb olub.
Səhiyyə Nazirliyinin məlumatlarına görə, Fransada son 50 ildə spirt istehlakı azalsa da, hər il təxminən 49.000 insan alkoqol səbəbindən dünyasını dəyişir.
medicalmedia.az
Saglamolun.Az