Dünya şöhrətli uşaq həkimləri BAKIDA - Pediatrların I Beynəlxalq Konqresi başladı

1-3 iyun tarixində Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə I Beynəlxalq Konqres keçirilir.

Konqresdə dünyanın 13 ölkəsindən ölkəmizə təşrif buyuran akademik heyət, eləcə də ölkəmizin müxtəlif müəssisələrində fəaliyyət göstərən pediatrlar, həkim-rezidentlər iştirak etmiş, öz elmi biliklərini bölüşmüş, pediatriya sahəsində dünyadakı ən son yenilikləri müzakirə etmiş, ölkəmizdə tətbiqinə dair gələcək planlar danışılıb. 

Konqresin rəsmi hissəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, UNİCEF in Azərbaycandakı nümayəndəsinin müavini William Abi Abdallah, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri,  Azərbaycan Respublikası Səhiyyə Nazirliyin pediatriya üzrə mütəxəssis-eksperti Erkin Rəhimov, Azərbaycan Pediatriya Cəmiyyətinin həmsədri tibb elmləri üzrə fəlsəfə doktoru Əli Quliyev çıxış edərək konqresin önəmindən bəhs edib, konqres  iştirakçılarına uğurlar arzu edib. 

Konqres çərçivəsində həmçinin həkimlərə bilik və bacarıqlarını təkmilləşdirmək imkanı verən kurslar təşkil olunub. 

Konqresin sonunda qonaqlar və yerli həkimlərimizlə birlikdə maraqlı əyləncə programı təşkil edilib. 

Onu qeyd edək ki, Azərbaycan Pediatriya Cəmiyyəti 30 dekabr 2021-ci ildə təsis edilmişdir. İndiyə qədər 500-ə yaxın pediatr cəmiyyətin sıralarına qoşulub. Fəaliyyəti dövründə cəmiyyətin üzvləri bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib. 

 

Sevinc Hüseynova 

Saglamolun.Az