Nazilə Səfərli Türkan Gündüz haqqında niyə yalan danışıb? - REAL DETALLAR MƏLUM OLDU

 

Sənətçi Nazilə Səfərli ötən gün qətlə yetirilən tanınmış plastik-cərrah, proktoloq Türkan Gündüzlə bağlı ilginc faktlar açıqlayıb.
 
Sənətçi "İnstagram" sosial şəbəkəsində paylaşdığı videoda bildirib: "Onunla kitabının təqdimatında tanış olmuşdum. Təqdimat mənə həvalə olunmuşdu. Bununla bağlı danışığa gedəndə gördüm ki, Türkan həkim iki qızı və həyat yoldaşı ilə gəlib. Bu mənə qəribə gəlmişdi ki, danışığa niyə belə külfətlə gəlib. Sonradan başa düşdüm ki, əri bunu qarabaqara, addım-addım izləyir. Təqdimatda da bunu müşahidə etdim. Əri heç bir əsası olmadan, "takıntılı" olaraq qısqanırdı".
 
Nazilə Səfərli zamanında mərhumun anası tərəfindən zorla ərə verildiyini deyib: "Əri bilirsiniz nəyi qəbul edə bilmirdi? Türkan ərə gedəndə savadsız olub, daha sonra yüksəlib. Anası çox erkən yaşda onu zorla ərə verib, kişi çox imkanlı olduğu üçün".

Mərhum həkim bir nüddət əvvəl SƏHİYYƏ TV-də yayımlanan "Qızdırma" proqramında qonaq olub. Peşəkar cərrah özü və ailəsi haqqında danışıb. Türkan Gündüz verilişdə bunları bildirib:

“Monoton cavab olsa da, həkim olmaq mənim uşaqlıq arzum idi. Hətta atam uşaqlıqdan mənə həkim qızım deyə xitab edərdi. Əlaçı olmuşam, yaxşı oxumuşam. Daha sonra kimya-biologiya təmayülü özəl liseydə təhsilimi davam etdirmişəm. Atam çox istəyirdi həkim olum, amma anam istəmirdi. Çünki deyirdi çox ağır sənətdir. Amma mən bir az uşaqlıqdan da çox inadkar olduğum üçün həkimliyi seçdim. Xalamın həyat yoldaşı rejissor idi, o zaman məşhur bir uroloqun iş prosesində videolarını çəkmişdi, mən Tibb Universitetində oxuyan zaman onun yanına gedirdim, o, hər zaman cərrahların daha ağır işi yerinə yetirdiyini deyirdi. Beləcə, məndə də cərrahiyyəyə böyük həvəs yarandı. Bu yöndə təhsilimi davam etdirməyi qərara aldım”, -deyə həkim bildirib.

Türkan Gündüz kompleksi olmadığını, yaşını heç vaxt gizlətmədiyini də müsahibədə qeyd edib:

“1999-2005-ci illərdə ATU-nun Müalicə profilaktika fakültəsində dövlət əsaslı təhsil almışam. Tələbəlik illərimdə qrup nümayəndəsi olmuşam. Müəllimlərim məni çox sevirdi. 2010-2012-ci illərdə Türkiyənin Konya şəhərində Tibb fakültəsinin Cərrahiyyə ixtisası üzrə təhsil almışam. Həyat yoldaşım da konyalıdır. Həm də Konyada yaşayıram. Ailə qurmamışdan öncə soyadım Hacıyevə olub, amma daha sonra yoldaşım Muhammet Gündüzün soyadını götürmüşəm”.

Mərhum həkim həyat yoldaşından danışarkən proktoloq olmasında onun rolundan da danışıb:

“Proktoloq olmağıma həyat yoldaşım səbəb olub. Həyat yoldaşımın yaxın bir qohumu Türkiyədə məşhur proktoloq cərrahdır. Sırf babasil əməliyyatı üzrə Türkiyədə ən məşhur həkimlərdən biridir. Həyat yoldaşım mənə dediki bu işdə çox pul var. Ona görə də bu sahəyə yönəlmək lazımdır. Ailə həyatı qurduqdan sonra Ankaraya getdik. Orada həmin məşhur həkimlə tanış oldum. Yoldaşım mənə dedi ki, qadınlar üçün qadın həkimi gərəklidir. Bu sahəni peşəkarlıqla öyrənib başladım işləməyə. Əvvəllər yalnız qadınları əməliyyat edirdim. Çünki yoldaşım kişiləri əməliyyat etməyimə icazə vermirdi. Sonra yoldaşımla psixoloji söhbətlər apardım, ona izah etdim ki, bu sadəcə mənim işimdir. Uzun söhbətlərdən sonra o da razılaşdı”.

Sözügedən müsahibənin geniş formasını linkdən izləyə bilərsiniz.

Sevinc Hüseynova

 


 

Saglamolun.Az