Qulağında uğultu problemi ilə müraciət etdi, həkim isə həyatının şokunu yaşadı

Çində təəccüb doğuran hadisə baş verib. Sağ qulağında davamlı uğultu eşidən 40 yaşlı qadın getdiyi xəstəxanada həqiqəti öyrənəndə şoka düşüb. Həkimlərin müayinəsi nəticəsində qadının sağ qulağına hörümçəyin yuva saldığı məlum olub.

Çinin Siçuan əyalətinin Huidong Rayon Xəstəxanasının həkimləri müayinələrdən sonra qadının qulağında hörümçək yuvası aşkarlayıblar. Qulaq Burun Boğaz şöbəsinin həkimi Han Xinglong yerli mətbuata verdiyi açıqlamada bildirib ki, hörümçəyin meydana gətirdiyi ipək tor toxuması əvvəlcə qulaq pərdəsinə oxşayıb. Buna görə də, qulaq endoskopu ilə ilk dəfə müayinə zamanı problem tam anlaya bilməyib. Amma diqqətlə baxanda gördük ki, torlu parçanın altında nəsə hərəkət edir. Hörümçək torunu kənara itələdik və qaçmağa hazırlaşan hörümçəyi dərhal tutduq.

Həkim qeyd edib ki, xoşbəxtlikdən hörümçək zəhərli olmayıb. Qulaq pərdəsinə cüzi ziyan dəyən pasiyentin vəziyyəti hazırda yaxşıdır.

Sevinc Hüseynova 

Saglamolun.Az