Elektron skuterlər qadağan edilir - QANUN QƏBUL EDİLDİ

Fransanın paytaxtında keçirilən referendumun nəticəsinə əsasən, electron skuterlər qadağan edilib.

Yeni qanun vətəndaşların 90 faiz səs çoxluğu ilə qəbul edilib. Bu qərardan sonra Paris dünyada ilk dəfə elekrton skuterlərin istifadəsini qadağan edən ilk şəhər olub.

Referendumun keçirilməsinə səbəb electron skuterlərə görə yaralananların və ölənlərin artan statistikası olub.

Rəsmi statistikaya görə, şəhərin seçki hüququ olan 1,38 milyon vətəndaşından 103 mini referendumda iştirak edib. Onlardan da 91 min 300-ü elektron skuterlərin qadağan edilməsinin lehinə səs verib.

Qeyd edək ki, bir neçə ay öncə şəhərdə elektron skuterlərin yol-nəqliyyat hadisələrinin sayını artırması, yaralanma və ölümlə nəticələnən qəzalara səbəb olması ilə bağlı geniş müzakirə aparılıb və bundan sonra hökumət referendum keçirmək qərarı verib.

Sevinc Hüseynova

Saglamolun.Az