“Yaz-payız aylarında bronxit kəskinləşir. Xroniki bronxit xəstəliyindən əziyyət çəkən insanlar daha çox çirklənmiş havada yaşayan insanlar olurlar. Bu səbəbdən paytaxt Bakıda bu xəstəlikdən əziyyət çəkən şəxslər daha çoxdur”.
Bunu Medical Media-ya açıqlamasında terapevt homotoksikoloq Sevinc Zeynalova deyib.
Mütəxəssis bildirib ki, 3-cü qan qrupu daşıyan insanlar da daha çox xroniki bronxit xəstəliyinə tutulurlar. Bu xəstəlik zamanı peşə faktoru da müəyyən önəm daşıyır. Xəstəlik tozlu şəraitdə işləyənlərdə daha çox rast gəlinir.
Həkim onu da qeyd edib ki, reflüks xəstəliyindən əziyyət çəkənlərdə uzanarkən onlarda quru öskürək yaranır. Biz həmin insanlara daha hündür yastıqlarda yatmağı məsləhət görürük. Bunun üçün əczaxanalarda xüsusi reflüks yastıqları mövcuddur.
Sevinc Hüseynova
Saglamolun.Az