Tiktok-da TREND: qızlar burun spreyləri iyləyib dərilərini qaraldırlar

Dəri rəngini qaraltdığı iddia edilən burun spreyləri son günlər sosial mediada trendə çevrilib. 

Sağlamolun.az xəbər verir ki, istifadəçilər burun speylərini iylədikdən sonra gün şüası qəbul edir və dəri rənginin qaraldığını bildirirlər.

Mütəxəssislərin fikrincə, qısa müddətdə dərini qaraldan bu spreylər xərçəng xəstəliyinə səbəb ola bilər.

Cerrahpaşa Tibb Fakültəsinin baş həkimi professor Zekayi Kutlubay bu məhsulların sağlamlığa ciddi ziyan vura biləcəyini bildirib:

“Bu spreylər dəri xərçəngi, allergiya, qızartı, sızanaq və digər səpkilərə səbəb ola bilər. Ümumilikdə isə buruna axıdıldığı üçün bütün orqanlara mənfi təsir göstərmə ehtimalı böyükdür”- deyə, o, əlavə edib. 

Həkim onu da qeyd edib ki, spreydən uzun müddət istifadə etmək böyrək, ürək, təzyiq problemlərinin yaranmasına da səbəb ola bilər.

Qeyd edək ki, tərkibində melanotan sintetik kimyəvi maddə olan  bu məhsulların istifadəsi heç bir qurum tərəfindən təsdiqlənməyib

Saglamolun.Az