Valideynlər, müəllimlər və şagirdlər bu davranışlara görə məsuliyyət daşıyacaqlar - RƏSMİ

Valideynlər-qanuni nümayəndələr, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilən davranış nümunələri hazırlanıb.

AzEdu.az həmin davranışları təqdim edir:

- Alçaldıcı, təhqiredici va hədələyici ünsiyyətə yol vermək

- Məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək

- Bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək

- Əmlaka ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək

- Radikal dini va siyasi baxışları təbliğ etmək

- İctimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək

- Məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud va ya təhqiramiz ifadələrdən istifadə etmək və ya digər antisosial davranışlara yol vermək

- Akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək, yaxud bu təklifi qəbul etmək.

Saglamolun.Az