Şirvan Rayon Mərkəzi Xəstəxanası beşinci mərtəbədən yıxılan azyaşlı barədə məlumat verib.
Xəstəxanadan Oxu.Az-a bildirilib ki, körpə reanimasiyaya yerləşdirilib:
“2020-ci təvəllüdlü azyaşlı bu gün 12:30 radələrində açıq kəllə-beyin travması diaqnozu ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Bütün zəruri tibbi xidmət göstərilib. Hazırda Reanimasiya şöbəsində həkimlərin nəzarətindədir və vəziyyəti ağır olaraq qiymətləndirilir”.
Saglamolun.Az