Xərçəngə yoluxan Zeynəbdən səhhəti ilə bağlı açıqlama - VİDEO

Xərçəng xəstəliyinə yoluxan müğənni Zeynəb Həsəni səhhətindən danışıb.

Saglamolun.Az azxeber.com-a istinadən xəbər verir ki, hazırda Türkiyədə olan sənətçi vəziyyəti ilə bağlı "Elgizlə izlə" verilişinə açıqlama verib. Zeynəb müayinələrdən sonra onda xərçəng xəstəliyi aşkarlandığını, buna görə də əməliyyat olunduğunu bildirib:

"Bir az problemim var idi. Özümdə narahatlıq hiss etdim və həkimə gəldim. Müayinələrdən keçəndə məndə bu xəstlik aşkarlandı. İnşallah müalicələrlə keçəcək. Əməliyyat olundum".

Saglamolun.Az