Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.
Nazirlikdən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu, müzakirə məsələsi deyil.
"“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il qərarına əsasən 2.3-cü bəndinə əsasən, Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə məsələsi deyil" - deyə cavabda qeyd olunub.
Saglamolun.Az