İşıq pulu çox gələnlərin DİQQƏTİNƏ

“İşıq sayğaclarında qüsur varsa, sərf edilən elektrik enerjisini az göstərir”.



XəzərXəbər xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin informasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

O bildirib ki, artıq vətəndaşlar bu problemlərlə bağlı elektron şəkildə “Azərişıq” ASC-yə müraciət edə biləcəklər:

“Bəzi sayğaclarda mərhələli tarifin tətbiqində çətinlik yaranır. Köhnə sayğacları olan abonentlərdə tarif dəyişikliyindən sonra problemlər yaranırdı. Amma bizim mütəxəssislər bununla əlaqədar vətəndaşların bütün müraciətlərini cavablandırırlar. İstənilən halda abonentin 30 günlük sərfiyyatı oxunub, ona təqdim edilir”.

Saglamolun.Az