Azərbaycanda vərəmdən ölənlərin sayı artıb

"Bütün istiqamətlərdə olduğu kimi COVID-19 infeksiyası vərəmlə mübarizə xidmətinə də təsirsiz ötüşməyib".

Bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin məsləhətçisi Nehmət Rəhmanov deyib.

Onun sözlərinə görə, ölkəmizdə vərəmdən ölüm səviyyəsi 2019-cu ilə nisbətdə 2020-ci ildə artıb: "Bu da təbii ki, COVID-19 pandemiyası ilə bağlıdır. Pandemiya dövründə vərəmin aşkarlanması faizi də aşağı düşüb".

Saglamolun.Az