Qazax rayonunda bir neçə nəfər dəm qazından zəhərlənib.
"Report”un Qərb bürosunun məlumatına görə, hadisə şərti olaraq "SU-15” adlanan ərazidə yerləşən evlərin birində qeydə alınıb.
Həmin evdə yaşayan ailə ata, ana və övladları - Mahmudov Tural Həsən oğlu (1985-ci il təvəllüdlü), Mahmudova Lamiyə İlqar qızı (1995), Mahmudzadə Yağmur Tural qızı (2012), Mahmudzadə Sahil Tural oğlu (2015) zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Saglamolun.Az