Koronavirus birbaşa mədə-bağırsaq sisteminə təsir edir

Kovid həzm sistemində ciddi dəyişikliklər yaradır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev Nazirliyin "Instagram" hesabındakı canlı yayımında deyib.

Həkim bildirib ki, koronavirusa yoluxanda istifadə edilən dərmanlar mədə-bağırsaq sisteminin florasını pozur.

"Xüsusilə antibiotiklərin müalicədə çox istifadə olunması mədə-bağırsaq sisteminin pozulması ilə müşahidə edilir. Ona görə də mütləq bu hallar baş verən zaman həkimə müraciət edilməlidir" - o deyib.

Saglamolun.Az