Astma xəstələrinin NƏZƏRİNƏ: Mövsümlə əlaqədar ağırlaşmalar ola bilər

“Mövsüm dəyişikliyi ilə əlaqədar astma və yuxarı tənəffüs yolları xəstəliklərinin kəskinləşdiyi müşahidə edilir. Eyni zamanda mədə-bağırsaq sistemi xəstəlikləri də kəskinləşə bilər”.

XəzərXəbər xəbər verir ki, bu barədə sualları Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev canlı yayımda cavablandırarkən deyib.

O bildirib ki, həmin xəstəliklərdən əziyyət çəkənlərdə vəziyyət ağırlaşır:

“Bəzən isə elə olur ki, bu günə qədər mədə-bağırsaq və yuxarı tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkməyən şəxslərdə ilkin simptomlar yarana bilir. Bu səbəbdən mövsüm dəyişikliyi zamanı orqanizmə diqqət etmək, immun sisteminin zəifləməsinə izn verməmək lazımdır”.

Saglamolun.Az