Şagird məktəbdə yıxılıb KOMAYA DÜŞDÜ

Cəlilabadda məktəbli yıxılaraq ağır xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bədbəxt hadisə Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə baş verib.

Məktəbli, 2009-cu il təvəllüdlü Əli Təyyar oğlu Qasımov idman zalında hündürlükdən yıxılıb. Yeniyetmə ağır bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Saglamolun.Az