Yenidən məhdudiyyətlər ola bilər - Operativ Qərargah rəsmisindən XƏBƏRDARLIQ - VİDEO

"Preventiv tədbirlərə daha çox diqqət etməliyik. Günlük yoluxma sayı az ola bilər, çünki biz cəmiyyət olaraq analiz üçün əvvəlki kimi çox müraciət etmirik. Real rəqəmlər bəlkə də bundan qat-qat çoxdur".

Bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində qonaq olan Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

O əlavə edib ki, hər bir ölkənin bəlli səhiyyə resursları var: "Xəstəxanalardakı doluluq miqdarı həddi keçərsə, günlük 10 minlik yoluxma 2-3 həftə davama edərsə, bəlli məhdudiyyətlərin arıtılma ehtimalı yaranır".

Saglamolun.Az