Baş infeksionist AÇIQLADI - Buna hazırlıqlı olmalıyıq

"Hər yeni ştam əvvəlkindən ən azı yoluxuculuq sürətinə görə fərqlənir. Yay aylarında "Delta" ştamı sürətlə yayılırdısa, artıq yeni "Omikron" ştamı yayılmağa başlayıb.

Bəzi ölkələrdə, o cümlədən, bizim qonşularda da yayılır və dominant ştama çevrilir".

Saglamolun.Az axşam.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov ölkədəki epidemioloji vəziyyəti qiymətləndirərkən deyib.

O bildirib ki, yeni ştam Azərbaycana da gələcək və buna hazırlıqlı olmalıyıq:

"Omikron" ştamı Azərbaycana da gələcək. Biz bunun üçün nə etməliyik? Bunun üçün əlavə üsul icad olunmayıb. Əhalinin məsuliyyəti vacib şərtdir. 2 il ərzində dediyimiz qaydalara əməl olunmalı, sıxlıq olan yerlədə az toplaşmalı, maskalardan istifadə etməli, otaqlarda havanı tez-tez dəyişdirməliyik. Bu qaydalara əməl olunsa, əhali vaksinasiyada iştirak etsə, buster doza vurulsa, xəstələnmə hallarının, ağırlaşma hallarının azalmasına gətirib çıxara bilər. Bütün dünyada virusların qarşısı vaksinasiya yolu ilə alınır".

Saglamolun.Az